Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfovun və riyaziyyat üzrə fəlsəfə doktoru Rəna Kərbəlayevanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Georgian Mathematical Journal”  0.482 impakt faktorlu jurnalda dərc edilib. “Çoxdəstə dəyişənli Besov-Morri fəzalarında daxilolma teoremləri” adlı məqalədə çoxdəstə dəyişənli Besov-Morri […]

E L A N

17.05.2019 – cu il tarıxındə saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya – şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə səth üzrə […]

“Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Aqil Xanməmmədov  “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edib. Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunub. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulub […]

“Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, akademiyanın Elmi nəşriyyat şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, BTEB-ə daxil olan müəssisələrin direktorları, bölmədə işıq üzü görən nəşrlərin məsul katibləri və gənc alimlər iştirak […]

E L A N

16.05.2019-cu il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

15 may 2019-cu il, saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi f-r.e.d, prof. Tahir Hacıyev “Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda çıxış edəcəkdir. Məruzədə müntəzəm elliptik xətti tənliklərin həllərinin qeyri-hamar oblastlarda hamarlığı xassələrindən danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Faydalı linklər