Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

29.03.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Elmağa Ağaqasım oğlu Qasımov “Sonlu inteqral çevirməsi üsulunun hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllifə aid olan hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin […]

27 mart – Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis […]

Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir. Elmi ictimaiyyət nümayəndələri peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil […]

Elm Gününə həsr olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan “Gənc qadınlar elmdə” müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi […]

Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb. Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçirilməsi barədə AMEA prezidenti tərəfindən sərəncam imzalanıb. […]

Azərbaycan “Web of Science®” bazasına daxil olan elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideridir

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu […]

Faydalı linklər