Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” şöbəsinin dosenti Zaman Səfərovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifləri olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Integral Transforms and Special Functions” 0.828 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Karnot […]

E L A N

13 may 2019-cu ildə saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunun akt zalında institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclası keçirilib

Mayın 7-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib. Fizika İnstitutunda baş tutan tədbirdə bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər. İclası akademik N.Məmmədov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra bir sıra elmi-təşkilati məsələlərə […]

“Heydər Əliyev, zaman və müasirlik” mövzusunda elmi sessiya keçiriləcək

8 may 2019-cu il tarixində saat 11:00-da AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev, zaman və müasirlik” mövzusunda elmi sessiya keçiriləcək. Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 Mənbə: www.elm.az

SOCAR-ın Elm Fondunun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsinin keçirilməsi haqqında elan

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə […]

“Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu Riss potensialının ümumiləşmiş Morri fəzalarında məhdudluğu müzakirə edilib. © […]

Faydalı linklər