Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının tibbi müayinəsi keçirilib

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2019-cu ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə, bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institut əməkdaşlarının tibbi müayinəsi keçirilib. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikası və Bakı […]

Elmi şuranın  iclası keçiriləcək

13.03.2019-cu il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda aşağıdakı məsələlərə baxılacaq: 1. AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması haqqında (AMEA Prezidentinin 30 yanvar 2019-cu il tarixli 52 saylı Sərəncamı); 2. I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan […]

E L A N

13 mart 2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

E L A N

13.03.2019-cu il saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru, professor Nazim İmanov “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda məruzə edəcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Ölkəmizdə Elm Günü yüksək səviyyədə qeyd olunacaq

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Elm Günü təsis edilib. Həmin Sərəncamda hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb. 2019-cu ildə ölkədə ilk dəfə olaraq Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Tədbirlər Planı qəbul […]

İki institutun əməkdaşları arasında görülən birgə iş haqqında

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları arasında “Anizotrop Günəş küləyi modeli üçün maqnitohidrodinamik köçürmə tənliklərinin bəzi həlləri”, “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” və “MHD Kelvin-Helmholtz instability in the anisotropic solar wind plasma” məsələlərinin modelinin qurularaq alınan qeyri-xətti tənliklərin həll edilməsi üçün […]

Faydalı linklər