Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilir

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub. Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb. İclasda “Akademik Əşrəf […]

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin və Varşava Texnologiya Universitetinin “Riyaziyyat və İnformatika Elmləri” kafedrasının professoru P. Qorkanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematical Inequalities & Applications” 0.649 impakt faktorlu jurnalda dərc edilib. “Lebeq fəzalarında Hausdorf operatoru […]

“Sonlu inteqral çevirməsi üsulu və onun tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru Elmağa  Qasımov “Sonlu inteqral çevirməsi üsulu və onun tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə müəllifə aid olan sonlu inteqral çevirməsi üsulunun hiperbolik tənlik üçün verilmiş qeyri-requlyar sərhəd şərtli qarışıq məsələnin həll olunmasına tətbiqi haqqında danışılıb. Belə ki, məsələnin həlli üçün əvvəlcə […]

“Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək

Aprelin 25-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək. Seminarda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak edəcəklər. Elmi toplantıda Azərbaycanda qadınlarla bağlı dövlət […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 19 aprel 2019-cu il tarixində növbəti sayı işıq üzü görüb. Qəzetdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və müəsisənin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Aynur Həsənovanın həmmüəllif olduqları ” Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” adlı məqalə çap olunub. © […]

Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının açılışı olub

Aprelin 22-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının açılışı olub. Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Rəyasət Heyəti […]

Faydalı linklər