Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

02.05.2019-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə obyektin parametrləri və başlanğıc şərtlərin qiymətləri haqqında ilkin natamam informasiya şəraitində […]

“Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri Fizika İnstitutunda məruzə ilə çıxış ediblər

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamına əsasən keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri Fizika İnstitutunda məruzə ilə çıxış ediblər. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova açaraq müsabiqənin nəticələrinə görə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Hamayıl […]

E L A N

01 may 2019-cu il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

Riyaziyyat və Mexanika İnstitutunun aliminin rəhbəri olduğu layihə “Özündə alim kəşf et” VI ümumrusiya elmi-innovativ konfransında qalib olub

20-22 aprel 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Özündə alim kəşf et” VI ümumrusiya elmi-innovativ konfransı keçirilib. Konfransda Bakı şəhər 177 saylı orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədzadə və 16 saylı Texniki-Humanitar liseyin IX sinif şagirdi Əli Bağırov iştirak ediblər. “Ortalaşmış qiymətlər əsasında siniflərin sərhədlərinin təyininin bəzi problemləri” adlı layihə ilə çıxış edən […]

“Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirilib

Aprelin 25-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunan konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak ediblər. Tədbiri […]

Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilir

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub. Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb. İclasda “Akademik Əşrəf […]

Faydalı linklər