Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 5 aprel 2019-cu il tarixində növbəti sayı işıq üzü görüb.

“İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Sadıqov “İnteqral daxilolma üçün ekstremal məsələ” mövzusunda məruzə edib. İşdə inteqral daxilolmanın həllinin həyacanlanmadan kəsilməz asılılığı məsələsi öyrənilib və inteqral daxilolma üçün ekstremal məsələ tədqiq olunub. Volter, Fredholm və Qammerşteyn tip inteqral daxilolma üçün ekstremal məsələ öyrənilib. Çıxışda […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə” müsabiqəsinin, eləcə də “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib. Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) 2017-2018-ci illərdəki fəaliyyəti […]

Elmi şuranın iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, institutun 60 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransın  yüksək səviyyədə təşkili üçün görüləcək işlərdən danışıb. Sonra I və II kurs magistrlərin 2018/2019-cu tədris ilinin payız semestri və […]

AMEA-nın xatirə nişanları təsis edilir

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub. İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub. […]

E L A N

05 aprel 2019-cu il tarixində saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr maksimal operator və onun kommutatorunun Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operator və onun kommutatorunun Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri […]

Faydalı linklər