Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram: 1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, […]

E L A N

2019-cu il üçün İspaniya Krallığının Fondunun Avstriya Şahzadəsi Mükafatlarına müsabiqə elan edilmişdir. Müsabiqə incəsənət, ədəbiyyat, rabitə və humanitar elmlər, ictimai elmlər, elmi və texniki tədqiqat, beynəlxalq əməkdaşlıq, həmrəylik və idman kateqoriyaları üzrə keçirilir və bəşəriyyətin inkişafına mühüm töhfələr vermiş şəxs, qrup və ya təşkilatlara təqdim ediləcək. Namizədlərimiz olduğu təqdirdə 22 fevral 2019-cu il tarixinə qədər […]

E L A N

15.02.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. […]

“Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər”, “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin dissertantı, dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib. Məruzədə Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun əməkdaşı riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev və AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru İlqar Məmmədov, dosent Yasin Rüstəmovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və AMEA-nın Elmi-Tədqiqat Proqramları çərçivəsində […]

Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanı 65 yaşı  münasibətilə təbrik edirik!

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanın 65 yaşı tamam olur. Gülşən Ramiz qızı Ağayeva 10 fevral 1954-cü ildə Bakı şəhərində anadan olub. G. Ağayeva 1980-cı ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirib. 1973-1987-ci illərdə M. Əzizbəyov adına […]

Faydalı linklər