Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər […]

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda təhsilin səviyyəsi haqqında qeydlər

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda məktəbyaşlı uşaqların böyük əksəriyyəti ibtidai təhsildən kənarda qalırdı. Qafqaz Tədris Dairəsinin 1900-cü ilə olan məlumatına görə, Azərbaycanda cəmi 172 ibtidai məktəb fəaliyyət göstərirdi. 1902-ci ildə Yelizavetpol və Bakı quberniyalarında məktəblərin sayı 230-a çatdı. Onlardan 135-i Yelizavetpol (Gəncə) quberniyasında idi ki, burada 8761 şagird təhsil alırdı. Bakı quberniyasındakı […]

Azərbaycan müəllimlərinin I qurultayı nə vaxt olub?

– Azərbaycan müəllimlərinin I qurultayı nə vaxt olub? Qurultay 1906-cı ilin avqust ayının 15-dən 28-nə qədər keçirilib (Bakıda). Qurultay dövlət və canişinlik qarşısında aşağıdakı məsələləri qaldırdı: – Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini müsəlman mərkəzlərindən birinə köçürmək; – həmin şöbəni müəllimlər seminariyasına çevirmək; – həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək; – müsəlman müəllimlərinin […]

Azərbaycanın riyaziyyatçı alimləri Moskvada beynəlxalq konfransda iştirak ediblər

26-29 noyabr 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L. D. Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş “Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” […]

Səkinə xanım Axundzadə haqqında nə bilirsiniz?

 Səkinə xanım Axundzadə qız məktəbində ilahiyyat müəllimi işləyirdi. O, qızları dram dərnəyinə cəlb edir, onlarla birgə öz fəaliyyət tamaşaları hazırlayırdı. Səkinə Axundzadə (1865-1927) 1865-ci ildə Qubada anadan olmuş, ilk təhsilini Fəda təxəllüsü ilə tanınan şair atası Hədat bəy Axundovdan almışdır. Onun maarifçilik fəaliyyəti doğma şəhərində yaxşı qarşılanmamışdı. İş o həddə çatmışdı ki, cahil adamlar Səkinə […]

Sultan Məcid Qənizadə (1866-1937) kimdir?

O, 1866-cı ilin aprel ayında Şamaxı şəhərində anadan olmuşdur. Hələ uşaq ikən yazıb-oxumağı atasından öyrənən Sultan Məcid Qənizadə ilk təhsilini məhəllə məktəbində almış, sonra isə dövrünün məşhur şair və müəllimi Seyid Əzim Şirvaninin “Üsuli-cədid” məktəbində və Şamaxıdakı rus məktəbində oxumuşdur. O, 1883-cü ildə Tiflisə gedərək Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. 1887-ci ildə Aleksandrovski Müəllimlər İnstitutunu […]

Faydalı linklər