08/02/2019
Fevralın 7-də akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar. Qonaqları YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət […]
08.02.2019-cu il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda professor Viktor Burenkov (Rusiya Xalqlar Dostluğu Universiteti və V.A. Steklov adına Riyaziyyat İnstitutu) “Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi” mövzusunda məruzə edəcəkdir. Məruzədə Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi haqqında məlumat […]
07/02/2019
1.Доклады РАН – 2018 т. 481 №6; 2.Журнал вычислительной математики и математической физики – 2018 т. 58, №8; 3.Функцональный анализ и его приложения – 2018 т.52, в.4; 4.Успехи математических наук – 2018 т.73, в.6; 5.Математические заметки – 2018 т. 104, в.5; 6.Математические заметки – 2018 т.104, в.6; 7.Известия РАН.Серия математическая -2018 т.82, №6; 8.Прикладная математика […]
07/02/2019
Bu günlərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-texniki informasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanovun həmmüəllif olduğu “Riyaziyyat və informatika sahəsində müasir dövrün pedaqoqları” kitabı Moskvanın “Prometey” nəşriyyatında ikinci dəfə çap olunub. İ.N. Ulyanov adına Ulyanovsk Dövlət Pedaqoji Universitetinin nəşriyyat şurasının qərarı ilə rus dilində nəşr olunmuş kitab 644 səhifədən ibarətdir. N.Q. Çernışevskiy adına Saratov Milli […]
06/02/2019
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA Prezidentinin AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı” nın icrası haqqında […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu müzakirə edilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən […]