Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünya şöhrətli bakılı fizik Lev Landaunun anadan olmasının 111 ili tamam olur

Adı Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada çəkilən akademik, Nobel, Maks Plank, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü əfsanəvi bakılı fizik Lev Davidoviç Landau 1908-ci ildə […]

E L A N

25.01.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

24.01.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılacaq. Fundamental həllərin əsas xassələri tədqiq olunacaq və operatorun spektri araşdırılacaq. Fundamental həllər […]

AMEA-da “HORİZON 2020” proqramına müraciətlə bağlı maarifləndirici seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “HORİZON 2020” proqramına müraciət qaydaları ilə bağlı növbəti maarifləndirici seminar keçirilib. AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın Fizika-Riyaziyyat və Texnika və Kimya elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər. Seminarı […]

Akademik Məhəmməd Mehdiyevin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyevin “Elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik analizi” (Asymptotic Analysis of Spatial Problems in Elasticity) adlı monoqrafiyası ingilis dilində ABŞ-ın İsveçrədəki məşhur “Springer” nəşriyyatında çapdan çıxıb. Monoqrafiyanın əsasını müəllif və onun tələbələrinin Bakı Dövlət Universiteti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aldıqları nəticələrin bir hissəsi təşkil […]

Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq və elmi araşdırma proqramları hazırlanacaq. Elmi-tədqiqat qrupları beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutur. Müvafiq Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, […]

Faydalı linklər