18/11/2018
XIX əsrin II yarısında Şuşada yeni tipli məktəb açılmışdı. Həmin məktəbi görkəmli Azərbaycan maarifçisi Mir Möhsün Nəvvab açmışdı. Onun məktəbi “Gövhəriyyə” adlanırdı. O, Şuşada, bütövlükdə isə Qarabağda elmin və maarifin böyük təbliğatçısı idi. “Məclisi-fəramuşan” ədəbi məclisinə başçılıq etmiş, Şuşada qiraətxana, üsuli-cədid məktəbi, mətbəə və cildxana açmışdı. Qarabağ şairlərindən bəhs edən “Təzkireyi-Nəvvab”, nücumdan bəhs edən “Kifayət […]
17/11/2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın 7.2-ci bəndində nəzərdə tutulmuş müasir təhsil sisteminin formalaşdırılması istiqamətlərinə uyğun olaraq qərara alıram: 1. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə […]
16/11/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda “Funksional analiz”, “Elmi Texniki İnformasiya” şöbələrinin illik hesabatları dinlənilib. Sonra ümumi işlər üzrə direktor müavini Mehdi Məmmədov institutda il ərzində görülən təmir-tikinti işləri və müəssisənin maddi-texniki təchizatı haqqında məlumat verib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/11/2018
1900-cü ildə Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında 5 gimnaziya fəaliyyət göstərirdi. Bu gimnaziyalarda 2827 şagird təhsil alırdı. 1911-ci ildə bu iki quberniyada 10 oğlan və qız gimnaziyaları, progimnaziya və “Müqəddəs Nina” gimnaziyası fəaliyyət göstərirdi. Onlardan 8-i Bakı quberniyasında, 2-si Yelizavetpol quberniyasında idi. Azərbaycanda fəaliyyət göstərən Mariya qız məktəbləri progimnaziya hüququnda idi. Şuşada fəaliyyət göstərən həmin […]
15/11/2018
Noyabrın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda “Qeyri-harmonik analiz”, “Hesablama riyaziyyatı və informatika”, “Sürüncəklik nəzəriyyəsi” şöbələrinin və “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ”Riyazi fizika tənlikləri” şöbəsinin seminarı keçirilib. Seminarda f.-r.e.d., professor Məmməd Bayramoğlu və f.-r.e.d. İlham Vəliyullah oğlu Əliyev ”Operatorun Fridrixs mənada genişlənməsi” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzə zamanı konkret operatorlar nümunəsində operatorun genişlənməsinə baxılıb, bəzi hallarda Fridrixs teoreminin şərtləri yoxlanılıb və müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]