Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda “Açıq qapı” günü

Dünən Riyaziyyat və Mexanika İnstitutunda “Açıq qapı” günü keçirilib. Tədbirdə şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagirdlər, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib ki, rəhbəri olduğu institutda belə “Açıq qapı” günlərinin keçirilməsini […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Şamaxı Astrofizika Rəsədxanasının alimləri çıxış ediblər

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın bir qrup alimləri iştirak ediblər. Seminarda “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçiləri astrofiziki məsələlərin həllində qarşıya çıxmış bəzi riyazi problemlər haqqında məruzə ediblər. İlk olaraq f.-r.e.n., dos. Mirnamik […]

XX əsrin əvvəllərində yaradılan bazar günü məktəbləri və axşam kursları haqqında nə bilirsiniz?

Azərbaycan ziyalıları Rusiya təhsil qanunvericiliyinin imkanlarından bəhrələnərək öz fəaliyyətlərini genişləndirdilər. 1-noyabr 1907-ci ildə təsdiq olunmuş “Başqa millətlər üçün ibtidai məktəblər haqqında qaydalar”ın 13-cü maddəsində yaşlı əhalinin təhsil məsələləri öz əksini tapmışdır. Burada müsəlmanlara yaşlılar və uşaqlar üçün rus dili məktəblərinin açılmasına icazə verilirdi. Yaşlı əhali arasında maarifi yaymağı özünün əsas vəzifələrindən biri hesab edən “Nicat” […]

Riyaziyyat və Mexanika İnstitutunda “Açıq qapı” günü keçirilib

Noyabrın 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə […]

XIX əsrdə Azərbaycanda yaradılmış qız məktəbləri

– XIX əsrdə Azərbaycanda yaradılmış qız məktəbləri. Şamaxıda “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi 30.IV.1848 Bakıda “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi X.1861 Zaqatala xeyriyyə cəmiyyətinin qız məktəbi 1.X.1864 Bakı qız gimnaziyası 1874 Şuşa xeyriyyə cəmiyyətinin qız məktəbi 26.X.1875 Gəncədə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi 14.I.1885 Gəncə qız progimnaziyası 1899 Gənc qız gimnaziyası 1902 […]

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi və onun açılışında Hacının çıxışı

Məktəbin təsdiq edilmiş nizamnaməsinə görə, o, qapalı tədris-tərbiyə müəssisəsi idi. Məktəbə yaşı 7-dən az olmayan qızlar qəbul edilirdi, təhsil müddəti 4 il idi. Məktəb öz proqramına görə Qafqaz Tədris Dairəsinin ibtidai məktəblərinə uyğun idi. Nizamnaməyə görə, məktəbin müdiri, həmçinin rus və Azərbaycan dilləri, şəriət müəllimləri mütləq müsəlman qadınları olmalı idi. Məktəbdə müəllimə yerini tutmaq üçün […]

Faydalı linklər