Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Silindrik torlarda dalğalar” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarda “Dalğa dinamikası” şöbəsinin  müdiri, professor Cəfər Ağalarov  “Silindrik torlarda dalğalar” mövzusunda məruzə edib. Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınması müzakirə edilib. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Ukrayna Elm və Texnologiya Mərkəzi 2019-cu il üçün doktorluq qrantı elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) 2019-cu il üçün doktorluq tədqiqat qrantı proqramı elan edir. Tədqiqat kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarının inkişafı və istiqamətləri, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir. Proqramda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova universitetlərində magistr dərəcəsi almış tələbələr (vətəndaşlığından asılı olmayaraq) iştirak edə […]

Ötən il Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının məqalələrinə 1400 istinad olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda səmərəli elmi-tədqiqatlar aparılır, diqqətəlayiq nailiyyətlər əldə olunur. Bu barədə institutun şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova AZƏRTAC-a ətraflı məlumat verib. Bildirib ki, institutda aparılan tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir. Ötən il AMEA Rəyasət […]

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur

AMEA prezidentinin 21 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur. AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması […]

E L A N

16.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin  müdiri, professor Cəfər Ağalarov  “Silindrik torlarda dalğalar” mövzusunda məruzə edəcəkdir. Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınması müzakirə ediləcəkdir. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

14 yanvar akademik Zahid Xəlilovun doğum günüdür

Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir […]

Faydalı linklər