Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

1890-cı ildə Zaqafqaziyada müsəlman-ruhani məktəb və şagirdlərinin sayı

-1890-cı ildə Zaqafqaziyada müsəlman-ruhani məktəb və şagirdlərinin sayı № Quberniyalar Məktəblərin sayı Şagirdlərin sayı Oğlan Qız Cəmi 1. Gəncə quberniyası 356 8813 – 3813 2. Bakı quberniyası 261 3855 482 4337 3. Tiflis quberniyası 111 1311 401 1712 4. İrəvan quberniyası 22 511 – 511 CƏMİ: 750 9490 883 10373 Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. […]

9 noyabr – Azərbaycan Dövlət Bayrağı Günüdür

Müasir müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Himnimiz, gerbimiz kimi bayrağımız da müstəqillik tariximizin varislik ənənəsinin təsdiqidir. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan […]

Elmi şuranın növbəti iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.  İclasda “Riyazi analiz”, “Elastiklik və plastiklik”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “İctimaiyyətlə əlaqələr” şöbələrinin, Kitabxananın, Gənc Alimlər Şurasının, Həmkarlar Təşkilatının illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat elmləri doktoru, dosent Şakir Yusubov “Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda məruzə edib. Məruzədə kəsr tərtibli variasiya məsələsi haqqında danışılıb. Kəsr tərtib variasiya məsələsində klassik Eyler-Laqranj tənliyinin və Lejandr şərtinin analoqları şərh olunub (davamı). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 8 noyabr 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb.  

Elmi şuranın növbəti iclası keçiriləcək

08.11.2018-ci il tarixində saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda “Riyazi analiz”, “Elastiklik və plastiklik”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “İctimaiyyətlə əlaqələr” şöbələrinin, Kitabxananın, Gənc alimlər şurasının,  Həmkarlar Təşkilatının  illik hesabatları dinləniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər