Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İlk kommersiya məqsədli kvant kompüteri təqdim edilib

Las-Veqasda keçirilən “CES 2019” sərgisində “IBM” şirkəti ilk kommersiya məqsədli kvant kompüterini təqdim edib. 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir. Böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM […]

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

4-10 yanvar 2019-cu il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda magistr pilləsində təhsil alan I kurs tələbələr üçün “Harmonik analiz”, “Riyazi fizikanın klassik və müasir problemləri”, “Bərk və maye mühitlərdə rəqslər və dalğaların yayılması”, “Örtüklər nəzəriyyəsi”, “Riyaziyyatın müasir problemləri”, II kurs tələbələri üçün isə “Analitik funksiyaların sərhəd xassələri. Sinqulyar inteqral tənliklər”, “Riyazi fizikanın tərs məsələlərinin […]

“Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri“ mövzusunda seminar keçirilib

Bu gün  Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri “ mövzusunda məruzə edib. Məruzədə riyazi biologiyanın əsas model diferensial […]

E L A N

11.01.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfovun “Small-small Sobolev-Morri fəzalarının bəzi diferensial xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə small-small Sobolev-Morri fəzalarının qurulmasına və inteqral göstərilişi üsulu ilə bu fəzalardan olan funksiyaların diferensial və […]

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçiriləcək

Yanvar ayının 17-də saat 11:00-da AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçiriləcək. Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 30 Mənbə: www.science.az

“Bir sərhəd məsələsi üçün spektral ayrılışların yığılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında Xəzər Universitetinin “Riyaziyyat” kafedrasının professoru Nazim Kərimov “Bir sərhəd məsələsi üçün spektral ayrılışların yığılması” mövzusunda məruzə edib. Məruzədə göstərilən tip spektral ayrılışların Lp və C fəzalarında yığılması şərtləri müzakirə edilib. Əlavə >> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər