Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri İctimai Elmlər Bölməsinin müəssisələrində dərc edilən elmi jurnalların məsul katiblərini qəbul edib

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov İctimai Elmlər Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb. Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb. © […]

Riyaziyyat və Mexanika İnstitutunda Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə akt zalında şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, Azərbaycanın xalq şairi, “Şərəf” ordenli, Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) akademiki Nəriman Əliməmməd oğlu Həsənzadə ilə görüş keçirilib. Görüşdə Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Surxay oğlu Qurbanov da iştirak edib. Tədbiri açan […]

E L A N

07.11.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Aqil Xanməmmədov “Sonzuz artan potensiala malik olan Şredinger tənliyi üçün tərs spektral məsələ” mövzusunda məruzə edəcəkdir. Məruzədə potensialı sonzuz artan funksiyalar olan Şredinger tənliyi üçün spektral analizin düz və tərs məsələləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. […]

Professor Ramiz Aslanov beynəlxalq konfransda iştirak edib

14-28 oktyabr 2018-ci il tarixlərində Rusiyanın Moskva şəhərində Moskva Şəhər Pedaqoji Universiteti (МГПУ) və Rusiya Xalqlar Dostluğu Universiteti (РУДН) birgə “Davamlı təhsilin informatizasiyası – 2018 ” (ICE2018) adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi-texniki İnformasiya” şöbəsinin müdiri, professor Ramiz Aslanov iştirak edib. Tədbirdə professor Ramiz Aslanov “Elektron təhsilin tətbiqi ilə […]

AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri Humanitar Elmlər Bölməsinin müəssisələrində dərc edilən elmi jurnalların məsul katiblərini qəbul edib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov  Humanitar Elmlər Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb. Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində işıq üzü görən jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib. M.Mərdanov qeyd edib ki, […]

“Dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla aproksimasiyası” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla aproksimasiyası” mövzusunda məruzəsi olub. Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar […]

Faydalı linklər