Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə […]

”İstilikkeçirmə tənliyinin fundamental həllinin xüsusi oblastlarda ikitərəfli qiymətləndirilməsi və onun tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda ”Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev ”İstilikkeçirmə tənliyinin fundamental həllinin xüsusi oblastlarda ikitərəfli qiymətləndirilməsi və onun tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə fundamental həllin qeyri-klassik silindrlərdə və trapezoidlərdə polyus nöqtəsindəki qiyməti ilə müntəzəm qiymətləndirilməsi haqqında nəticələrdən danışılıb və alınmış nəticələrin həllərin keyfiyyət xassələrinin […]

İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası – II hissə

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin maarif, təhsil sahəsində ilk tədbirlərindən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. 1918-сi il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Milli hökümət bu məqsədlə Gəncə xəzinədarlığına maliyyə vəsaiti ayırdı və Gürcüstan höküməti ilə əvvəlcədən razılığa gəldi. Əslində hələ XIX əsrin […]

Bu ilin Nobel mükafatları sahiblərinə təqdim olunub

Dekabrın 10-da Alfred Nobelin anım günündə İsveçin paytaxtı Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib. Tədbirdə fizika, kimya, fiziologiya və tibb, iqtisadiyyat sahələri üzrə Nobel mükafatları sahiblərinə təqdim edilib. 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub. Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni jurnallar

Доклады РАН -2018-т. 481 №2; Дифференциальные уравнения – 2018-т.54 №10; Сибирский математический журнал – 2018 -т.59 – №5; Прикладная математика и механика – 2018 -т. 82 вып. 4; Математические заметки – 2018 – т. 104 вып. 3; Математический сборник – 2018 – т. 209 – №9. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında AR Prezidentinin Sərəncamı

Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi […]

Faydalı linklər