Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik

Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil […]

Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edən ölkə olub

“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” (Government AI Readiness Index 2025) hesabatına əsasən, Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə mühüm irəliləyiş əldə edib. Ölkəmiz bir il ərzində 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə, Azərbaycan 2025-ci ildə ən sürətli irəliləyişə nail olaraq illik müqayisədə ən böyük artım qeydə alınan ölkədir. AZƏRTAC […]

2025-in ən uğurlu 10 təhsil tədqiqatı

“Edutopia” saytı 2025-ci ildə təhsil sahəsində aparılan ən uğurlu 10 araşdırma haqqında geniş məlumat yayıb. Siyahıda yer alan ilk tədqiqat ABŞ-nin bir çox ştatında, eləcə də bir neçə başqa ölkədə olan məktəblərdə mobil telefonlara tətbiq olunan qadağalarla bağlıdır. Mobil telefon qadağası Tədqiqatçılar Hindistanda 10 universitet kampusunda 1000-dən çox taxta telefon qutusu quraşdıraraq mobil telefon qadağalarının […]

Təhsil–2026: dönüş nöqtəsinə çevriləcək il

2026-cı il müasir təhsil tarixində ən əhəmiyyətli illərdən birinə çevriləcəyini vəd edir. Bunun səbəbi təkcə texnoloji sıçrayış deyil, həm də qlobal təhsil sisteminin elə bir mərhələyə çatmasıdır ki, köhnə metodlar artıq effektiv deyil, yeni yanaşmalar isə geniş miqyasda tətbiq olunmağa hazırdır. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu son dövrlərdə aparılan tədqiqatlar, analitik hesabatlar və proqnozlar […]

2025-ci ilin ən qeyri-adi ixtiraları

2025-ci il süni intellekt, robototexnika və yeni nəsil avadanlıqlar sahələrində inqilabi irəliləyişlər, hətta böyük bir sıçrayış ili oldu. Publika.az xəbər verir ki. “Euronews” ötən ilin ən qeyri-adi ixtiralarının siyahısını tərtib edib – heyvanlar üçün robot köməkçilərdən və süni intellektlə işləyən dodaq boyası tətbiqedicilərindən tutmuş, insan dərisi kimi parlayan telefon üzlüklərinədək. NE – təmizlik edə bilən, […]

Misirin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır

Misirin Qalyubiyyə vilayətinin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır. Universitetin saytında bununla bağlı elan yerləşdirilib. AZƏRTAC xəbər verir ki, beləliklə Misirdə Azərbaycan dilinin tədris edildiyi ali məktəblərin sayı 4-ə çatıb. Bənhə Universitetinin rektoru Nasir əl-Cizavinin rəhbərlik etdiyi Xarici Dillər Mərkəzi Azərbaycan dili üzrə hazırlıq kursuna qəbul elan edib. Kurs ödənişsizdir və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə […]

Faydalı linklər