23/04/2025
Aprelin 22-də AMEA-nın Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın […]
22/04/2025
İsveçin “Almega” işəgötürənlər təşkilatının yeni hesabatına görə, süni intellekt yaxın illərdə ölkənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ekspertlərin fikrincə, İsveçdə bütün peşələrin təxminən üçdə ikisi yeni texnologiyaların təsiri altında dəyişikliklərə məruz qalacaq. Süni intellekt robotları hələ sosial bacarıqlara malik olmasalar da, bir çox işi yorulmadan yerinə yetirməyə qadirdirlər. Ən böyük riskə xidmət sektorunda olan […]
22/04/2025
Yer oxunun 2000-ci illərin əvvəlindən etibarən kəskin şəkildə dəyişməsi, planetdə geniş miqyaslı və əvvəllər yetərincə qiymətləndirilməmiş torpaq nəmliliyinin itirilməsi ilə bağlıdır. Bu barədə “Science” jurnalında dərc olunan araşdırmada qeyd olunub. Cəmi üç il ərzində (2000–2002-ci illərdə) dünyada 1600 gigatonndan çox torpaq suyu yoxa çıxıb. Bu rəqəm, Qrenlandiyanın daha uzun müddətdə itirdiyi buz kütləsindən belə çoxdur. […]
21/04/2025
Kosmos Teleskopu Elmi İnstitutunun astronomları, St Andrews Universiteti və Avropa Cənub Rəsədxanasından olan alimlərlə birlikdə tək qara dəliyin varlığını təsdiqləyiblər. 2011–2022-ci illərdə Hubble və Gaia teleskoplarının məlumatları əsasında aparılan müşahidələr nəticəsində alimlər daha əvvəl kəşf etdikləri “qaranlıq obyektin” əslində təxminən Günəşdən yeddi dəfə kütləyə sahib olan tək qara dəlik olduğunu sübut ediblər. Bu obyekt müşahidə […]
18/04/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və sülhün təmin edilməsi ortaq marağımızdır” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamələr üzrə AMEA-da mühüm tədqiqatlar aparılır” sərlövhəli Elm Gününə həsr olunan tədbir haqqında […]
18/04/2025
Çin hökuməti ölkədə təhsil islahatlarının bir hissəsi kimi süni intellekt (AI) tətbiqlərini təhsil fəaliyyətlərinə, dərsliklərə və məktəb kurikulumuna inteqrasiya edir. İbtidai, orta və ali təhsil müəssisələrinin tələbə və müəllimlərinə yönəlmiş bu addım dünyanın ikinci ən böyük iqtisadiyyatının innovasiyaları gücləndirməyə və yeni inkişaf mənbələri tapmağa çalışdığı bir vaxta təsadüf edir. Çin Təhsil Nazirliyi bildirib ki, süni […]