19.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzəni davam edəcəkdir. Məruzədə Hausdorf operatorunun müxtəlif funksional fəzalarda məhdudluğu haqqında danışılacaqdır. Çəkili Lebeq fəzası halında isə həm də kompaktlıq məsələləri […]
18/10/2018
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyri xətti hiperbolik tənliklər üçün müxtəlif məsələlər və həll anlayışının genişlənməsi haqda danışılıb. İlk məruzədə əsasən umumiləşmiş funksiyalar və onların […]
17/10/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin 03 oktyabr 2018-ci il tarixli 14/2 saylı qərarı ilə tanış edib. Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edib. Məruzədə Besov-Morri tipli fəzalar daxil edilib. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” […]
17.10.2018-ci il tarixində saat 12:00 “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri xətti hiperbolik tənliklər üçün müxtəlif məsələlər və həll anlayışının genişlənməsi haqda danışılacaq. 1-ci məruzədə əsasən umumiləşmiş funksiyalar və onların […]