Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasının iclası keçiriləcək

07 dekabr 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında ELÇİN ƏLİ oğlu MƏMMƏDOVUN “Funksiyaların lokal xarakteristikalar terminində təyin olunmuş funksional fəzalarda harmonik analizin inteqral operatorları” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi […]

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 13-14-də AMEA-da görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin tanınmış […]

Riyaziyyat və Mexanika İnstitutunda doktorant və dissertantların minimum imtahanı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Analiz və funksional analiz”, “Diferensial tənliklər”, “Dinamik sistemlər və optimal idarəetmə” və “Maye, qaz və plazma mexanikasi” ixtisaslarından fəlsəfə doktoru hazırlığı üzrə doktorantların və dissertantların minimum imtahanı keçirilib. Müəssisədə imtahan komissiyası təşkil edilib, imtahan bitdikdən dərhal sonra nəticələr elan olunub. İmtahanda 10 nəfər iştirak edib. © Bütün hüquqlar […]

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin və kargüzarlıq işi üzrə məsul işçilərinin iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib. Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, […]

”Simmetrik operatorların Fridrixs mənada öz-özünə qoşma genişlənməsi” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Məmməd Bayramoğlu ”Simmetrik operatorların Fridrixs mənada öz-özünə qoşma genişlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ümumi nəzəriyyə ilə yanaşı, konkret operatorlar nümunəsində operatorun genişlənməsinə baxılıb və Fridrixs teoreminin şərtləri izah olunub. […]

E L A N

30.11.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Faydalı linklər