Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Nobel Sülh Mükafatı laureatlarının adları elan edilib

Oktyabrın 5-də 2018-ci il üçün Nobel Sülh Mükafatı laureatlarının adları məlum olub. Laureatların adı Osloda xüsusi tədbirdə rəsmi şəkildə elan edilib. Komitənin bəyanatına görə, mükafat iraqlı hüquq müdafiəçisi Nadya Murada və konqolu cərrah Denis Mukvegeyə “döyüşlər və silahlı münaqişələr zamanı cinsi zorakılığa qarşı mübarizədə göstərdikləri səylərinə görə” verilib. www.nobelprize.org

AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycan Universitetinin tələbələrinə AXC-yə həsr olunmuş mühazirə oxuyub

Oktyabrın 4-də Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Azərbaycan Universitetinin tələbələri qarşısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş mühazirə ilə çıxış edib. Mühazirə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə Azərbaycanda və Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və təhsil sahəsində həyata keçirilən islahatları əhatə edib. Qeyd olunub ki, cümhuriyyətin qurucuları təhsil sahəsinin tamamən yenilənməsi, […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 5 oktyabr 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb.  

E L A N

05.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında […]

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar

Tibb doktoru Mirzə Əbdülxalıq Axundzadə haqqında ölkəmizdə bir sıra dəyərli məqalələr yazılıb və onların siyahısı aşağıdakı qaynaqlarda göstərilib. Təəssüf ki, onun orijinal sənədləri əldə olmadığına görə indiyədək ortaya qoyulmuş yazılarda çoxlu yanlışlıqlara yol verilib. Biz 2017-ci ildə Estoniya Dövlət Arxivindən Axundzadənin tələbə şəxsi işlərini əldə etmişik. Həmin sənədlərin əksəri alman dilində olduğundan, tərcümə üçün Nailə […]

“Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və bir hiperbolik tənlik üçün akustik məsaməli sərhəd şərtli daxilində qarışıq […]

Faydalı linklər