AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edib. Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan […]
23/11/2018
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 23 noyabr 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb.
23/11/2018
O, Lənkəranda yeni üsullu məktəb açmış və burada ana dilindən dərs demişdi. Mirzə İsmayıl Qasirin məktəbində ana dili ilə yanaşı, rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiyyat və s. elmlərdən ibtidai məlumat verilirdi. Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə 1850-ci ildə Lənkəranda “Fövcül-füsəha” (gözəl danışanlar) ədəbi məclisi təşkil edilmişdi. Bu məclis 1900-cü ilədək fəaliyyət göstərmişdir. […]
Noyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edib. Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər toplusu […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı Elxan Abbasov “Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qaz quyularında qazın qeyri-stasionar süzülmə prosesinin inreqral modeli qurularaq alınan əlaqəli differensial tənliklər sisteminin həllinin verilməsi haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
22/11/2018
Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib. İki gün davam edəcək konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. imm.az “azertag.az” saytına istinadla xəbər verir ki, açılış mərasimində çıxış […]