Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət

“Dünyanın bir çox dillərində çap olunmuş əsərləriniz və nüfuzlu beynəlxalq konfranslardakı çıxışlarınızla, Siz, Azərbaycan elmini ləyaqətlə təmsil etmisiniz. Respublikamız və çox saylı xarici ölkələr üçün hazırladığınız kadrlar haqlı olaraq fəxr edirlər ki, Sizin tələbələrinizdirlər”. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin akademik Azad Mirzəcanzadənin 75 illiyinə təbrikindən Bu günlərdə dünya şöhrətli alim, neft və qaz mədən mexanikası, […]

Bu ilin Nobel mükafatı laureatları oktyabrda elan ediləcək

Oktyabrın 1-dən 8-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək. Nobelprize.org saytı xəbər verir ki, oktyabrın 1-də fiziologiya və ya tibb, 2-də fizika, 3-də kimya, 5-da Nobel Sülh mükafatı, 8-də “Sveriges Riksbank Prize” təqdim ediləcək. Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə […]

“İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda seminar keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda məruzə edib. İşdə inteqral daxil olma üçün ekstremal məsələnin həllinin optimallığı üçün zəruri və kafi şərt alınıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Əhməd ağa Mustafayev (1864-1932) kimdir?

1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. O, 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, 50 ildən artıq xalq məktəblərindən fəaliyyət göstərmişdir. Təkcə Salahlı kəndindən Qori seminariyasında oxumaq üçün 30-dan artıq məzun hazırlamışdır. Əhməd ağa yalnız dərsi deməklə kifayətlənmirdi, o həm də uzaq kəndlərdən onun məktəbində oxuyan uşaqları evində saxlayır və yedizdirirdi. Onun şagirdlərinə mənəvi […]

E L A N

28.09.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında mədudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu üçün Hardi-Litlvud-Sobolev tipli teorem müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Əbdülsəlam Axundzadə (1843-1907) kimdir?

Əbdülsəlam Axundzadə 1843-cü ildə Səlyan şəhərində ruhani ailəsində anadan olmuşdu. O, ərəb, fars və türk dillərini atasından öyrənmişdi. 1861-ci ildə, on səkkiz yaşına çatdıqda Əbdülsəlam Tiflisə gedərək Qafqaz Ruhani İdarəsinin nəzdindəki mədrəsəyə nəğmə müəllimi təyin olunmuşdur. Getdikcə nüfuzu artan Əbdülsəlamı Qori seminariyasına Azərbaycan dili və şəriət müəllimi işləməyə dəvət etmişlər. O, 1879-cü ildən 1883-cü ilə […]

Faydalı linklər