Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edib. Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılıb. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu şərtlər daxilində bu sistem […]
18/09/2018
Sentyabrın 17-də Bilik Fondunun xətti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Bakı şəhərinin ən böyük məktəbi olan 20 nömrəli məktəb-liseydə olub. Görüşdə professor Misir Mərdanov müəllim heyyəti və şagirdlər qarşısında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı, Cümhurriyət dövründə təhsil sistemi sahəsində görülən işlərdən danışıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
18/09/2018
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov (Topçubaşi) Tiflisdə anadan olmuşdur. Birinci Tiflis gimnaziyasını (1884) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirmişdi. Əvvəl Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafizə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərmişdi. 1897-ci ildən “Kaspi” qəzetinin redaktoru olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri […]
18/09/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının müdiri Xalidə Yaqubovanın 70 yaşı tamam olur. Xalidə Yaqubova 18 sentyabr 1948-ci ildə Azərbaycanın Şamxor rayonunda anadan olmuşdur. 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumuna daxil olmuş və 1966-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Xalidə xanım əmək fəaliyyətinə M.Əzizbəyov adında Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun fundamental kitabxanasında […]
18/09/2018
– XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin ilk təmsilçiləri. 1. Mirzə Fətəli Axundzadə 2. Abbasqulu ağa Bakıxanov 3. İsmayıl bəy Qutqaşınlı 4. Mirzə Məhəmməd Əli Kazım bəy 5. Mirzə Şəfi Vazeh 6. Seyid Əzim Şirvani 7. Həsən bəy Zərdabi 8. Cəmaləddin Əfqani 9. Nəriman Nərimanov 10. Əhməd bəy Ağayev (Ağa oğlu) 11. Əli bəy Hüseynzadə 12. […]
17/09/2018
Sentyabrın 17-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikanın ali elm ocağının magistrantlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail […]