17/04/2025
ABŞ-ın Georgia Texnologiya İnstitutunun alimləri cərrahi müdaxiləyə ehtiyac olmadan kəllədaxili təzyiqi (ICP) daimi izləyə bilən ultra-nazik silikon nanosensor hazırlayıblar. “Respublika” xarici mətbuata istinadla xəbər verir ki, sensor sadə bir kateterlə yerləşdirilə bilir və baş travmalarında erkən diaqnostika və müdaxilə üçün yüksək dəqiqliklə təzyiq dəyişikliklərini izləyir. Ölçüsü on qəpikdən belə kiçik olan cihaz ənənəvi invaziv metodlarla müqayisədə daha az […]
17/04/2025
Tarixən dünyanın müxtəlif ölkələrində Google axtarış sistemi Azərbaycanda “google.az” və ya Türkiyədə “google.tr” kimi milli yüksəksəviyyəli domenlərdən istifadə edir. Bu, tezliklə dəyişəcək və Google axtarış sistemi coğrafi yerindən asılı olmayaraq dünyanın bütün istifadəçiləri üçün “google.com” saytında əlçatan olacaq. “Google” yerli uyğun axtarış nəticələrini təqdim etmək üçün əvvəlcə milli yüksəksəviyyəli domenlərdən istifadə edib. 2017-ci ildən etibarən […]
16/04/2025
Qlazqo Universitetinin aimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır. Xüsusi süni zəka agentləri itkin düşmüş şəxslərin psixoloji reaksiyalarını imitasiya edir və mümkün axtarış zonalarının istilik xəritələrini yaradır. Nəticədə, axtarış-xilasetmə qrupları resursları daha səmərəli şəkildə bölüşdürə bilirlər. Bu texnologiyanı dronlara inteqrasiya edərək dağlardan […]
15/04/2025
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib. “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü […]
15/04/2025
Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli […]
14/04/2025
Ən böyük və ən detallı beyin naqil diaqramı və funksional xəritə təqdim edilib. Bu elm tarixində yeni bir mərhələ sayılır. “Science Daily” xəbər verir ki, layihənin nəticələri nüfuzlu “Nature” jurnallarında 10 tədqiqat toplusu şəklində dərc olunub və ictimaiyyətə “MICrONS Explorer” vasitəsilə təqdim edilib. Bir qum dənəsi ölçüsündə olan siçan beyninin bir kub millimetrlik toxuma nümunəsindən […]