Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

9 noyabr – Azərbaycan Dövlət Bayrağı Günüdür

Müasir müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Himnimiz, gerbimiz kimi bayrağımız da müstəqillik tariximizin varislik ənənəsinin təsdiqidir. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan […]

Elmi şuranın növbəti iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.  İclasda “Riyazi analiz”, “Elastiklik və plastiklik”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “İctimaiyyətlə əlaqələr” şöbələrinin, Kitabxananın, Gənc Alimlər Şurasının, Həmkarlar Təşkilatının illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat elmləri doktoru, dosent Şakir Yusubov “Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda məruzə edib. Məruzədə kəsr tərtibli variasiya məsələsi haqqında danışılıb. Kəsr tərtib variasiya məsələsində klassik Eyler-Laqranj tənliyinin və Lejandr şərtinin analoqları şərh olunub (davamı). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 8 noyabr 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb.  

Elmi şuranın növbəti iclası keçiriləcək

08.11.2018-ci il tarixində saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda “Riyazi analiz”, “Elastiklik və plastiklik”, “Təhsil”, “Beynəlxalq əlaqələr”, “İctimaiyyətlə əlaqələr” şöbələrinin, Kitabxananın, Gənc alimlər şurasının,  Həmkarlar Təşkilatının  illik hesabatları dinləniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun “Funksiyalar nəzəriyyəsi”, “Dalğa dinamikası”, “Diferensial tənliklər” və “Maye və qaz mexanikası” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasına qəbul üçün riyaziyyat üzrə proqramın təsdiqi məsələsinə baxılıb və təsdiq edilib. İnstitutda keçiriləcək doktorluq imtahanlarını […]

Faydalı linklər