Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

III Azərbaycan Elm Festivalı keçiriləcək

Cari ilin 9-30 oktyabr tarixlərində ölkəmizdə III Azərbaycan Elm Festivalı keçiriləcək. Festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Elm festivalı çərçivəsində Bakı, […]

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən III Beynəlxalq Meqapolis Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər. Olimpiadada kimya fənni üzrə kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü […]

Qız məktəbinin açılmasına mane olanlarla Hacı Zeynalabdin Tağıyev necə mübarizə aparıb?

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların […]

32-ci Beynəlxalq Xarəzm Mükafatı elan edilir

İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin İran Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm Mükafatını elan edib. Hər il təşkil olunan müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir. Beynəlxalq Xarəzm Mükafatı informasiya texnologiyaları, elektronika və kompüter elmləri, yaşıl texnologiyalar, sənaye və texnologiya […]

6 sentyabr – Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından bir il ötür. Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini […]

Azərbaycan ziyalıların formalaşması haqqında

Azərbaycanda ziyalıların formalaşması dərin tarixi köklərə malikdir. Qədim və orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən Zərdüşt, alban və müsəlman məktəbləri sonralar xalqımızın mənəviyyat pasportuna çevrilən görkəmli şəxsiyyətlər – şairlər, sərkərdələr, rəssamlar, heykəltəraşlar, maarifpərvərlər yetişdirdi. Əbülhəsən Bəhmənyar, Əcəmi Naxçıvani, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli və başqaları təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə […]

Faydalı linklər