17.10.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.n. dos. Abbasov Elxan Məcid oğlu “Mürəkkəb profilli boru kəmərində mayenin hərəkət hidrodinamikasinin modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Mürəkkəb profilli boru kəmərində sıxılan mayenin qeyri-stasionar hərəkəti hidrodinamikasının modeli qurulur. Alınmış əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Sistemin parametrlərindən asılı olaraq boru kəmərinin çıxışında homogen mayenin […]
15/10/2018
O, Qazax qəzasının Şıxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Molla Vəli Vidadinin nəvəsidir. Tiflisdə özəl gimnaziya (1876) və hərbi gimnaziya (1883), Peterburqda artileriya məktəbini (1886) bitirmişdir. Birinci Dünya müharibəsində Rusiyanın paytaxtı Peterburqun artileriya müdafiəsinə başçılıq etmişdir. Hərbi sənayesinin inkişafında xidmətinə görə “Müqəddəs Stanislav” ordeninin 1-3 dərəcəsi ilə, “Müqəddəs Anna” ordeninin 1-4 dərəcəsi ilə, […]
17.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Besov-Morri tipli fəzalar daxil edilir. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzə edib. Məruzədə Hausdorf operatorunun məhdudluğu və kompaktlığı haqqında danışılıb. Müxtəlif fəzalarda Hausdorf operatorunun əsasən məhdudluq, çəkili Lebeq fəzası […]
15/10/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Aynur Nizaməddin qızı Səfərovanın “Parabolik tənliklər üçün lokal olmayan sərhəd şərtli tərs məsələlər” mövzusunda 1211.01–Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. […]
12/10/2018
Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Niyyət Sazişinin imzalanması mərasimi olub. Əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək imzalanacaq […]