Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) fəaliyyət planına uyğun olaraq və bir neçə dövlət proqramında fondun iştirakı nəzərə alınmaqla müxtəlif xarakterli bir neçə qrant müsabiqəsi keçirəcək. EİF-dən bildiriblər ki, fond cari ilin sonunadək “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqәsi, “Türk dünyası araşdırmaları” beynəlxalq qrant müsabiqəsi və “Mobillik qrantı” müsabiqəsini elan etməyi planlaşdırır. “Türk dünyası […]

Nurməhəmməd bəy Şahsuvarov (1883-1958) kim olub?

O, Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. Qori seminariyasını (1903), Tiflis müəllimlər İnstitutunu (1912), Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdir. Pedaqoji fəaliyyətə 1903-cü ildə Yelizavetpolda rus-tatar (Azərbaycan) məktəbində başlamış, Dağıstanda xalq məktəbləri inspektoru (1915-1919) vəzifəsində işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif nazirinin müavini, 1920-ci ilin aprelində qısa müddətdə (cəmi 20 gün) Maarif naziri vəzifəsində çalışmışdır. […]

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib. Luxturna adı verilən dərman preparatı görmə qabiliyyətini itirən hər kəsə kömək edir. riaami.ru saytı xəbər verir ki, preparat son beş ayda gen terapiyası sahəsində qəbul olunmuş üçüncü dərmandır. Luxturna geni dəyişdirərək onu sağlam genlə əvəz edir və hətta göz nurunu tam itirənlərin də görmə qabiliyyətini bərpa edir. […]

Riyaziyyat və Mexanika İnstitutunda magistrlarla görüş keçirilib

Sentyabrın 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun I və II kurs magistrlar ilə görüş keçirilib. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq 2018-2019-cu tədris illəri üzrə magistratura pilləsinə qəbul olmuş dörd magistrı təbrik edib. Onlara institutun magistr təhsili ilə bağlı məlumat verib. O bildirib ki, məqsədimiz magistrların artıq təhsil aldıqları müddətdə elmi-tədqiqat […]

Akademik Əşrəf Hüseynovun anadan olmasının 111 ili tamam olur

Sentyabrın 20-də müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, görkəmli riyaziyyatçı alim, qayğıkeş müəllim, yüksək insani keyfiyyətlərə malik humanist insan, elm və təhsil təşkilatçısı akademik Əşrəf Hüseynovun anadan olmasının 111 ili tamam olur. Akademik Əşrəf Hüseynov Azərbaycanda və Keçmiş Sovetlər birliyində sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi kimi tanınırdı. Əşrəf İsgəndər oğlu Hüseynov 1907-ci […]

Hacı Zeynalabdin Tağıyevin himayədarlığı və ilk Azərbaycan qız məktəbini yaratması

Hacı Zeynalabdin Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası olduqca böyük və geniş idi. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonralar xalqımızın görkəmli şəxsiyyətləri olmuşlar. Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Qarabəy Qarabəyov, Behbud ağa Cavanşir, Lütfəli bəy Behbudov, Mirzə Davud Hüseynov, Nəsib bəy Yusifbəyli, Mir Həsən Vəzirov, Xudadat bəy Məlikaslanov, Ruhulla Axundov, Şövkət xanım Məmmədova […]

Faydalı linklər