Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə Şeyx Əbdül Mahmudov və Baba Vəziroğlu ilə görüş keçirilib

Sentyabrın 19-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə Azərbaycanın Dövlət Mükafatı laureatı, Xalq artisti Şeyx Əbdül Mahmudov və nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib. Tədbirdə əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül gənclərin maariflənməsinə nail olmaq, tarixi həqiqətləri dünyaya çatdırmağın vacibliyindən danışıb. Sonra Baba […]

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının müzakirəsi məsələsinə baxılıb. Sonra “Riyazi analiz”, “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə” və “Riyazi fizika tənlikləri” ixtisasları üzrə təhsil alan II kurs […]

“Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edib. Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılıb. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu şərtlər daxilində bu sistem […]

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 nömrəli məktəb-liseydə olub

Sentyabrın 17-də Bilik Fondunun xətti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Bakı şəhərinin ən böyük məktəbi olan 20 nömrəli məktəb-liseydə olub. Görüşdə professor Misir Mərdanov müəllim heyyəti və şagirdlər qarşısında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı, Cümhurriyət dövründə təhsil sistemi sahəsində görülən işlərdən danışıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Əlimərdan bəy Topçubaşov (1863-1934) kim olub?

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov (Topçubaşi) Tiflisdə anadan olmuşdur. Birinci Tiflis gimnaziyasını (1884) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirmişdi. Əvvəl Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafizə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərmişdi. 1897-ci ildən “Kaspi” qəzetinin redaktoru olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının müdiri Xalidə Yaqubovanı 70 yaşı münasibətilə təbrik edirik!

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının müdiri Xalidə Yaqubovanın 70 yaşı tamam olur. Xalidə Yaqubova 18 sentyabr 1948-ci ildə Azərbaycanın Şamxor rayonunda anadan olmuşdur. 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumuna daxil olmuş və 1966-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Xalidə xanım əmək fəaliyyətinə M.Əzizbəyov adında Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun fundamental kitabxanasında […]

Faydalı linklər