Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 2.365-ə yüksəlib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Bakı Dövlət Universitetinin elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. “Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks […]

AMEA-nın professorlarının Koordinasiya şurası yaradılıb

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. Müzakirəyə çıxarılan məsələlərdən biri AMEA-nın professorlarının Koordinasiya şurasının yaradılması ilə bağlı olub. “Şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin onların akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır” – AMEA prezidenti, akademik Akif Əlizadə […]

“Magistr – 2018” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

AMEA Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında akademiyanın prezidenti, akademik Akif Əlizadə “Magistr-2018” müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2018” müsabiqəsi AMEA prezidentinin 23 yanvar 2018-ci il tarixli sərəncamına əsasən keçirilib. Müsabiqədə 47 magistrant iştirak edib. Qaliblərin müəyyən olunmasında Ekspert Komissiyası bir sıra meyarları, o cümlədən tələbələrin […]

“Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti Musayev Hümbət Kazım oğlu “Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda məruzə edib. Məruzədə müəyyən sinif bürümə diferensial operator tənliklərə baxılıb. Həll prosesində yaranan operator funksiyaların multiplikatorluğu göstərilib və […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin  29 iyun 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb. Mənbə: www.elm.az

Azərbaycan Milli Elmlər Akademiyasında “Məzun günü” keçiriləcək

10 iyul 2018-ci il tarixində AMEA-nın Əsas binasında 2017/2018-ci tədris ilində AMEA-da magistraturanı bitirən magistrlərin “Məzun günü” (Məzun-2018) keçiriləcək. Tədbirdə AMEA-nın məzunlarına magistr diplomları təqdim olunacaq. Ünvan: Bakı şəh., H.Cavid pr. 115. Mənbə: www.elm.az  

Faydalı linklər