17/09/2018
19 sentyabr 2018-ci il tarixində saat 14:00-da Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşəbbüsü ilə Akt zalında Azərbaycan Dövlət mükafatı laureatı, Xalq artisti Şeyx Əbdül Mahmudov, nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi – Baba Vəziroğlu ilə görüş keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
16/09/2018
O, Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Sultan Məcid Qənizadənin ikinci rus-Azərbaycan məktəbində almış, sonra Bakı texniki məktəbində oxumuşdur. 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı” adı ilə tanınan və əsasən gənc müsəlman tələbələrdən ibarət olan inqilabi dərnək yaratmışdı. 1905-1908-ci illərdə “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Təkamül”, “Yoldaş” və s. qəzet, jurnallarda işləmişdir. 1908-1910-cu illərdə İranda inqilabi […]
19.09.2018-ci il tarixində saat 11:10-da “Diferensial tənliklər” və “Funksional analiz” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Elnarə Buxsay qızı Axundovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışın yığılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]
14/09/2018
O, 1881-ci ildə Tiflisdə doğulmuşdur. Hənəfi Terequlovun kiçik qardaşıdır. Əli Terequlov 1904-cü ildə Qori seminariyasını bitirmişdir. O, seminariya haqqında xatirələrində yazırdı: “5 il seminariyada keçirdiyimiz ağır rejim, ciddi yaşayış və pansion həyatı bizi yoldaşlıq ailəsində birləşdirə bilmişdi”. Tələbələrin bu səmimi yoldaşlığı sonralar qohumluğa çevrilmişdi. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov Terequlov qardaşlarının bacıları ilə […]
14/09/2018
Qurultay 1978-ci il may ayının 18-19-da indiki Heydər Əliyev sarayında keçirilib. Sov. İKP MK Siyasi Bürosu üzvülüyünə namizəd, Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev proqram xarakterli nitq söylədi. O, bütövlükdə maarif sisteminin qarşısında duran vəzifələri aşağıdakı kimi müəyyənləşdirdi: “Məktəbimiz təbiət və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan bilikli adamlar hazırlamalıdır. […]
14/09/2018
Sentyabrın 13-də Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri, akademik İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2018-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışıb. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 16 məsələyə baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat […]