20.06.2018-ci il saat 1000-da Ümuminstitut seminarında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev “Kompleks parametrli elliptik tip diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həll ounması” mövzusunda məruzə edəcəkdir. Məruzədə elliptik tip diferensial-operator tənliklər üçün elə sərhəd məsələlərinə baxılır ki, eyni bir kompleks parameter həm tənlikdə , həm […]
14/06/2018
İyun ayının 19-dan 28-dək “Clarivate Analytics” şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunan növbəti silsilə onlayn seminarlara start verəcək. Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, “yırtıcı” jurnallardan qorunma yolları, elmi təşkilatların […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Şirmayıl Həsən oğlu Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda məruzə edib. Xarici oblastda zaman arqumentinə görə periodik əmsallı yarım-xətti parabolik tənliklər və tənliklər sisteminə baxılıb. […]
13/06/2018
İnstituta ayrılmış 4 yerə 33 nəfərin müraciəti qeydə alınıb. 12 iyun 2018-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq istəyi olan bakalavrların seçilməsi məqsədilə institutun magistratura pilləsinə qəbul üçün müsabiqə keçirilib. İnstituta ayrılmış 4 yerə 33 nəfərin müraciəti qeydə alınıb. Onlardan 32 nəfəri müsabiqədə iştirak edib. […]
12/06/2018
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirildi. Məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-in rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və s. istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması idi. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr […]
12/06/2018
25 iyun 2018-ci il tarixindən etibarən Mərdəkanda yerləşən AMEA-nın “Elm” uşaq düşərgəsi (I növbə – 14 gün) fəaliyyətə başlayacaq. Hər bir uşağın istirahət haqqı 200 manatdır (70 manat valideyn tərəfindən, 130 manat isə institut həmkarlar komitəsinin fondundan ödənilmək şərti ilə). Tələb olunan sənədlər: – Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi; – Sağlamlıq haqqında arayış. […]