Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ChatGPT” beyində görün nəyə səbəb olurmuş

Massaçusets Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Tədqiqatın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir. Təcrübəyə 54 tələbə cəlb olunub və onlar üç qrupa bölünüb:  “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar. İştirakçıların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə […]

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu […]

Professor Misir Mərdanov Yıldız Texnik Universitetində beynəlxalq elmi konfransda iştirak edib və TRT AVAZ kanalına müsahibə verib

2025-ci ilin iyun ayında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İstanbulda yerləşən Yıldız Texnik Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Professor Misir Mərdanov tədbir zamanı TRT AVAZ kanalının “Avaz Gündem” proqramına müsahibə verib. Müsahibədə alim, regionda təhsilin inkişaf tendensiyaları, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və […]

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor Fərman İmran oğlu Məmmədovu 70 yaşı münasibəti ilə təbrik edirik!

Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki ADNSU) “Tətbiqi riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1984-cü illərdə AzTU-nun “Ali riyaziyyat” kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007–2010-cu illərdə Türkiyənin Diclə […]

Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib

Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür. Ənənəvi olaraq qəbul edilmiş üç məkan və bir zaman ölçüsü əvəzinə, alimlər təklif edirlər ki, əslində kainatın təməlində üç zaman ölçüsü dayanır. Məkan isə bu […]

Faydalı linklər