12/07/2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI Beynəlxalq konfransı (COIA-2018) keçirilir. Konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda, tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə […]
11/07/2018
Oktyabr ayında AMEA-da II Spartakiadanın keçirilməsi nəzərdə tutulur. Yarışlar idmanın 4 növü üzrə – futbol, stolüstü tennis, şahmat və dama (qadın və kişilər arasıında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandalarınızın üzvləri haqqında 21 sentyabr 2018-ci ilə qədər aşağıda qeyd etdiyimiz məlumatları təqdim etməyiniz xahiş olunur. Bu siyahı müvafiq institutuların rəhbər vəzifəli şəxsləri və Həmkarlar İttifaqı […]
11/07/2018
Hesabat dövründə beynəlxalq əlaqələr şöbəsi Azərbaycan MEA-nın Riyaziyyat və Mexanika İnstitutu və AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin elmi və elmi-təşkilat mövzusuna uyğun olaraq öz fəaliyyətini həyata keçirib. Azərbaycan MEA-nın tərəfindən keçirdiyi beynəlxalq tədbirləri çərçivəsində şöbə, institut alimlərinin və xarici elmi mərkəzləri arasında əməkdaşlığın və beynəlxalq əlaqələrin qurulması və inkişafı üçün imkan yaradıb. Şöbə Beynəlxalq fondlar tərəfindən […]
10/07/2018
İyulun 10-da AMEA-nın magistrlərinin Məzun günü keçirilib. Respublikanın tanınmış elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademiyada ali təhsilin magistratura pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə yaradıldığını deyən AMEA rəhbəri […]
10/07/2018
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistrlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə iyulun 10-da akademiya magistrlərinin “Məzun günü” tədbirində deyib. AMEA rəhbəri diqqətə çatdırıb ki, akademiyanın bütün magistrləri işlə təmin olunur, eyni zamanda, qrant layihələrinə cəlb edilirlər. Həmçinin magistrlər arasında müxtəlif intellekt müsabiqələri təşkil olunur. Onların asudə vaxtlarının […]
10/07/2018
2018-ci ildə “Riyazi fizika tənlikləri” şöbəsində plana əsasən təsdiq olunmuş “Riyazi fizika məsələlərinin birqiymətli həll olunması və həllərinin keyfiyyət xassələri” mövzusu üzrə on bir istiqamətdə elmi tədqiqat işi aparılır. 1) İŞ: ”Kvazielliptik operatorun mənfi spektrinin araşdırılması”. İcraçı: AMEA-nın müxbir üzvü, prof. R.V. Hüseynov. Hesabat dövründə yüksək tərtibli elliptik tənliklər və bəzi kvazielliptik tənliklər üçün spektr […]