23/05/2018
Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə 29-31 oktyabr 2018-ci il tarixlərində “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir. Konfransın mühüm təqvimləri: Tezislərin göndərilməsi üçün son tarix: 15 İyun 2018-ci il Qəbul edilən tezislər haqqında məlumatın verilməsi: 01 İyul 2018-ci il Məqalələrin göndərilməsi üçün son tarix: 01 […]
23.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə görə tərs məsələlər haqqında məlumat veriləcəkdir. […]
22/05/2018
– Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin (1879) yaradılması. XIX əsrin sonlarında Azərbaycanda təcrübəli kimyaçılar da yetişirdi. Onlar Rusiyada və Qərb Universitetlərində təhsil aldıqdan sonra elmi tədqiqatlarla məşğul olurdular. Strarburq Universitetində təhsil almış azərbaycanlı kimyaçı, 1883-cü ildə Almaniyada kimya doktoru elmi dərəcəsi almış Möhsün bəy Xanlarov Bakıda üzvi kimya üzrə tədqiqatlara başlamış və böyük Rus kimyaçısı […]
22/05/2018
Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur. Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da […]
22/05/2018
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İnstitutun kollektivi […]
22/05/2018
8 iyun 2018-ci il tarixində saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı keçiriləcək. Tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək. Ünvan: Bakı şəh., İstiqlaliyyət küç., […]