29/06/2018
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 29 iyun 2018-ci il tarixində növbəti sayı işıq üzü görüb. Mənbə: www.elm.az
29/06/2018
10 iyul 2018-ci il tarixində AMEA-nın Əsas binasında 2017/2018-ci tədris ilində AMEA-da magistraturanı bitirən magistrlərin “Məzun günü” (Məzun-2018) keçiriləcək. Tədbirdə AMEA-nın məzunlarına magistr diplomları təqdim olunacaq. Ünvan: Bakı şəh., H.Cavid pr. 115. Mənbə: www.elm.az
29/06/2018
Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olunan bakalavrlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər barədə məlumatı qəbul olunduqları təhsil müəssisəsindən əldə edə bilərlər. Göstərilən müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan […]
28/06/2018
29.06.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti Musayev Hümbət Kazım oğlu “Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəyyən sinif bürümə diferensial operator tənliklərə baxılır, həll prosesində yaranan operator funksiyaların multiplikatorluğu göstərilir […]
27/06/2018
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə institutun əyani doktoranturasına 2017-ci ildə qəbul olunan fəlsəfə doktoru hazırlığı üzrə doktorantların fərdi iş planları təsdiq olunub. Sonra “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi f-r.e.n. İbrahim Məhərova 1202.01-“Analiz və funksional analiz” […]
27/06/2018
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsinin (TAİEX) ekspertləri – Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəetmə Universitetinin şöbə müdiri Mihai Paunesku və Litva Tədris Elmləri Universitetinin Riyaziyyat, informatika və fizika kafedrasının müəllimi Gintaras Arbutavikiusla görüşüb. Görüşdə Təhsil Nazirliyinin nümayəndəsi Nəzrin Bağırova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, […]