Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı XXXI Beynəlxalq konfrans keçirilib

Lənkəran Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Taras Şevçenko adına Kiyev Milli Universitetinin və AMEA Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Beynəlxalq konfrans keçirilib. “Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı Beynəlxalq konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb və gündəlikdə duran […]

Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının yarımillik fəaliyyəti

AMEA Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasının oxucularının sayı 165 nəfərdir. Yarımil ərzində kitabxanaya davamiyyət – 1989, ədəbiyyatın verilməsi 1131 – nüsxədir. 2018-ci ilin 1-ci yarısında 3 tematik sərgi keçirilmisdir. Burada 134 ədəbiyyat nümayiş edilib. 2018-ci ilin 1-ci yarısında kitab fonduna daxil olan kitablar hədiyyə yolu ilə daxil edilib. Kitabxanaya elmi ədəbiyyatın daxili 252 nüsxədir. Bunlardan […]

Dissertasiya şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Toğrul Rafael oğlu Muradovun “Approksimasiyanın bəzi qarışıq məsələləri və ümumiləşmiş Lebeq fəzalarında bazislər” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın […]

İnşaatda informasiya texnologiyalarının tətbiqinə həsr olunan beynəlxalq konfrans keçirilir

İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb. AzMİU-nun və AMEA İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak […]

Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb

İtaliyanın Roma şəhərində baş tutan Qravitasiya fizikası sahəsində “Marsel Qrossman Meeting” konfransı çərçivəsində Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb. Mükafata 75 yaşlı rusiyalı astrofizik Rəşid Sünyayev (Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu, Almaniyanın Maks Plank Cəmiyyətinin Astrofizika İnstitutu), Layman Peyc (ABŞ-ın Prinston Universiteti) və çinli riyaziyyatçı Şintun Yau (ABŞ-ın Stouni-Bruk, Stenford və Harvard Universitetləri) layiq […]

Azərbaycan hansı müqavilələrə əsasən iki yerə bölünüb?

XIX əsrdə “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrinə əsasən, Azərbaycan iki yerə bölündü: Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edildi. Şimali Azərbaycan islam-türk dünyasında gedən proseslərdən ayrıldı, Şərq ölkələri ilə çoxəsirlik əlaqələr qırıldı. Rus-Avropa elmi-mədəni fikri Şərq xarakterli Azərbaycanın mədəni, ictimai təfəkkürünü üstələdi. – Çarizm Azərbaycanda rastlaşdırma siyasətini hansı istiqamətlərdə həyata keçirirdi? […]

Faydalı linklər