Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Müdriklərin sultanı – Nəsirəddin Tusi (XII hissə)

Elmlərin əsaslanması ilə bağlı baxışlar. Nəsirəddin Tusi və digər orta əsr alimlərinin riyazi baxışlarının öyrənilməsi onların fəlsəfi və məntiqi irsini araşdırmadan, paralellər aparmadan qənaətbəxş hesab edilə bilməz. Bunun nə dərəcədə züruri olduğunu başa düşmək üçün iki misala baxaq.  Nəsirəddin Tusinin “Paralel düz xətlər haqqında şübhələrin aradan götürülməsi haqqında traktat” əsərinin rus dilinə tərcüməsində [15] Evklidin […]

E L A N

16.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda məruzə edəcəkdir. Məruzədə sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan fuksiyalar vasitəsi ilə təsviri müzakirə ediləcəkdir. Daha […]

Dissertasiya şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Humay Şəmsəddin qızı Rzayevanın “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim […]

E L A N

16.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda  şöbənin əməkdaşı  a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Cırlaşan əmsallı eksponensial və triqonometrik sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə: Makenhoupt şərtini ödəməyən xüsusi çəki halında çəkili eksponensial sistemin Lebeq fəzalarında tamlıq, minimallıq və bazisliyinin araşdırılması; Baxılan sistemdən element kənarlaşdırmaqla alınan sistemin tam və […]

Akademik Akif Əlizadə: “Doktorant və dissertantların apardığı tədqiqatlar dünya elminin tələblərinə cavab verməlidir”

Bu gün AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, eləcə də Biologiya və Tibb Elmləri bölmələri üzrə 57 tədqiqatçının dissertasiya mövzularının müzakirəsinə həsr olunan yığıncaq keçirilib. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək rəhbərlik etdiyi qurumun əsas hədəflərindən birinin də gənclərin elmi fəaliyyətinə dəstək vermək, onları həvəsləndirmək və yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdən […]

Alimlərimiz Rusiya Elmlər Akademiyasının akademiki V.A. İlyinin 90 illik yubileyinə həsr olunmuş “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı beynəlxalq konfransda iştirak ediblər

Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal T. Bilalov, “Funksional analiz” şöbəsinin baş elmi işçiləri, professorlar Vəli M. Qurbanov və Araz R. Əliyev Rusiyanın Moskva şəhərində 02-06 may 2018-ci il tarixlərində keçirilən Rusiya Elmlər Akademiyasının akademiki V.A. İlyinin 90 illik yubileyinə həsr olunmuş “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı […]

Faydalı linklər