25/06/2018
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq […]
22/06/2018
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi açılıb. Sərgidə kitabxananın fondlarında mühafizə olunan “Milli qəhrəmanlarımız”, “Azərbaycanda Ali baş komandanlıq institutunun Heydər Əliyev mərhələsi”, “Azərbaycanın hərb tarixi”, “General Əliağa Şıxlinski”, “Azərbaycan ordusu”(1918-1920), “Generalı xatırlayarkən”, “Qüdrətli ordumuz”, “Azərbaycanın orta əsr silahları”, “Hərbi məktəblərin banisi”, “General Əbilov”, “Azərbaycan kəşfiyyatı və […]
21/06/2018
Nəsirəddin Tusi elmi irsinin öyrənilməsinin aktuallığı barəsində. Klassiklərimizin, o cümlədən, N.Tusinin elmi irsinin öyrənilməsi və tədqiqi ilə bağlı bir neçə məqama toxunmaq istərdik: – bundan əvvəlki bənddən də göründüyü kimi, bu irsin öyrənilməsi və tədqiqi kompleks şəkildə aparılmalıdır, yəni fəlsəfi- məntiqi-elmi baxışlar tam şəkildə cəlb olunmalıdır; – N.Tusi haqqında söylənən ziddiyətli fikirlərin çox vaxt nə […]
21/06/2018
ABŞ, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb. “Therepi” adlanan bu cihaz bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə kimi müdaxilə edir. RİA Novosti saytı yazır ki, kiçik rezervuar şəklində olan yeni qurğu xəstənin dərisi üzərinə və ya altına xüsusi […]
20/06/2018
Məşhur Çin riyaziyyatçısı, Pekin Beynəlxalq Riyazi Tədqiqatlar Mərkəzinin direktoru, professor Tian Gang öz nümayəndə heyəti ilə birgə AMEA Riyaziyyat və Mexanika İnstitutunda olub. Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov institutun tarixi, hal-hazırki fəaliyyət istiqamətləri, çap olunan dörd elmi jurnal haqqında geniş məlumat verib. Professor Tiang Gang çıxış edərək səfərin məqsədinin RMİ-nin fəaliyyəti […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev “Kompleks parametrli elliptik tip diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həll ounması” mövzusunda məruzə edib. Məruzədə elliptik tip diferensial-operator tənliklər üçün elə sərhəd məsələlərinə baxılıb ki, eyni bir kompleks parameter həm tənlikdə, həm də […]