19.04.2018–ci il saat 11:00-da “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın b.e.i. Zakir Zabidov “İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə eksperimental məlumatların ilkin emal metodları və empirik-statistika modellərinin qurulmasının məqsədi və əsas problemləri müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
18/04/2018
Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə “Oxu günü” keçiriləcək. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər. […]
20.04.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzəsinin davamı olacaqdır. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin […]
17/04/2018
17.04.2018-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda institutun doktorant və dissertantlarının attestasiyası, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri, II kurs magistrantların dissertasiya müdafiəsinin təşkili və digər gündəlikdə duran məslələr müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
18.04.2018–ci il saat 11:00-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr edilib. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya […]
16/04/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dos. Eldar Abbasov “New Horizon” (Pekin şəh.) elmi mərkəzinin dəvəti ilə Çin Xalq Respublikasında ezamiyyətdə olublar. Ezamiyyədə məqsəd Çin Xalq Respublikası mütəxəssisləri ilə birgə tədqiqatların müzakirəsi və yeni texnologiyaların […]