30/06/2025
Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu […]
30/06/2025
2025-ci ilin iyun ayında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İstanbulda yerləşən Yıldız Texnik Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Professor Misir Mərdanov tədbir zamanı TRT AVAZ kanalının “Avaz Gündem” proqramına müsahibə verib. Müsahibədə alim, regionda təhsilin inkişaf tendensiyaları, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və […]
26/06/2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
25/06/2025
Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki ADNSU) “Tətbiqi riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1984-cü illərdə AzTU-nun “Ali riyaziyyat” kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007–2010-cu illərdə Türkiyənin Diclə […]
24/06/2025
Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür. Ənənəvi olaraq qəbul edilmiş üç məkan və bir zaman ölçüsü əvəzinə, alimlər təklif edirlər ki, əslində kainatın təməlində üç zaman ölçüsü dayanır. Məkan isə bu […]
23/06/2025
İyunun 23-də İstanbul şəhərində Yıldız Texnik Universitetinin təşkilatçılığı ilə keçirilən TURAN – Fundamental Elmlər üzrə Beynəlxalq Simpoziumunun (TURAN25) açılış mərasimi baş tutub. Simpoziumda Azərbaycanı təmsil edən alimlər də fəal iştirak ediblər. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun bir qrup əməkdaşı ilə yanaşı, ölkənin digər elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin mütəxəssisləri […]