14/03/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib” başlıqlı yazı yer alıb. Bugünkü sayın ilk səhifələrində “AMEA rəhbəri: Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk” başlıqlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli […]
14/03/2025
AMEA-nın Rəyasət Heyətində Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Azərbaycan ərazisi (1918-2025)” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, nəşrin müəllifləri Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və […]
14/03/2025
Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür. “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın […]
14/03/2025
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə elmi inkişafın […]
13/03/2025
Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər. Bu yeni nəzəriyyə nəhayət ki, birlikdə işləməyən Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə kvant fizikası arasında əlaqə yarada bilər. Son 100 ildən çoxdur ki, Eynşteynin ümumi nisbilik nəzəriyyəsi qravitasiyanın ən yaxşı izahıdır. Eyni dövrdə […]
12/03/2025
Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib. Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” […]