15/03/2018
Martın 14-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında Riyaziyyat və Mexanika İnstitutunun Qeyri harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda elmi məruzəsi dinlənilib. Natiq bildirib ki, müasir dövrdə kompüter elminin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artırır. Belə ki, kompüter elminin sürətli inkişafı təbiət və cəmiyyətin […]
16.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılacaq və onun Lp →Lq – məhdudluğu haqqında məlumat veriləcəkdir. © […]
14/03/2018
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək. Rəyasət Heyətinin 14 mart tarixli iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014 və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu […]
14/03/2018
Məmməd Qarayev 1887-ci ildə Qazax mahalının Salahlı kəndində yoxsul ailədə anadan olmuşdur. O, lap kiçik yaşlarında valideynlərini itirmiş, kasıbçılığın hər üzünü görmüşdür. Müəllimi Əhməd ağa Mustafayev kiçik Məmmədi öz himayəsinə götürmüş və oxutmuşdur. Firidun bəy Köçərli Məmməd Qarayev barədə yazırdı ki, Qarayev seminariyada özünün nümunəvi əxlaqı ilə seçilir, gözəl oxuyur və hamının sevimlisi hesab olunurdu. […]
13/03/2018
16 mart 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Musa Səməd oğlu Alməmmədovun “Çoxparametrli məsələlərin spektrinin quruluşu və cüttərtibli diferensial operatorların izlərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim […]