Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulla bağlı müsabiqə keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertanturaya qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi Elmi Şurada müsabiqə fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 7 yerə 16 nəfər, elmlər doktorluğu üzrə dissertanturaya isə 4 yerə 4 nəfər sənəd verən iştirak etmişdir. Bununla yanaşı, iddiaçılarla onların […]

E L A N

21.02.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edəcək. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi üzrə ortoqonal ayrılışların parçada mütləq və müntəzəm yığılması və müntəzəm yığılma sürətinin […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanov beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov Moskva şəhərində Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasında keçiriləcək beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar. Martın 15-16 tarixlərində baş tutacaq “Müəllimin peşəkarlığı: mahiyyəti, məzmunu, inkişaf perspektivləri” adlı konfrans M.Ş. Makarenkonun 130 illik ildönümünə həsr olunub. […]

Müdriklərin sultanı – Nəsirəddin Tusi (II hissə)

Tusinin elmi irsinin araşdırılması haqqında. N.Tusinin elmi irsi özünün müasirləri və sonrakı alimlərin daim diqqət mərkəzində olmuşdur. Artıq XIII əsrin sonu, XIV əsrin birinci yarısında yaşamış, Təbrizdə monqol xanları Qazan və Olceytunun saraylarında işləmiş Nizam əd-Din əl-Həsən ibn Mühəmməd ibn Hüseyn əl-Ərac əl-Qummi ən-Nisaburi Tusinin astronomiya, həndəsə, fəlsəfə sahəsində əsərlərinə şərhlər yazmışdır. Onun “Təsanif sultan […]

Paytaxt məktəbliləri “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibi olub

Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb. […]

Müdriklərin sultanı – Nəsirəddin Tusinin doğum günüdür

Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cə­fər Mühəmməd[1] ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhə­rində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat et­miş, Kazimeyndə[2], yeddinci imam Musa ibn Cəfərin (ə.s) məza­rı yaxın­lı­ğın­da dəfn edilmişdir. N.Tusinin ən qısa tərcü­me­yi-halı budur. Hər bir insanın […]

Faydalı linklər