Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də “Təhsilimizin nurlu siması” adlı məqaləsi çap olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov:  “Bu ilin yanvar ayının 5-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin anadan olmasının 115 illiyi tamam oldu. Bu […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

26 yanvar tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə”, “Riyazi fizika tənlikləri” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi”, “Optimal idarəetmə nəzəriyyəsində maksimum prinsipi və optimallıq şərtləri” və “Riyazi fizikanın klassik və müasir problemləri” fənnlərindən, II kurs tələbələri üçün […]

“Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə” mövzusunda seminar keçirilib

“Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d. Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxıldı. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün kafi şərtlər […]

Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb?

Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb? 1866-cı ildə. Bu, Tiflis Aleksandrovski Müəllimlər İnstitutu (1866-1919) idi. 1896-cı ildə məşhur Azərbaycan mesenatı Şəmsi Əsədullayev həmin institutun fəxri müdiri təyin edilmişdir. Burada əsas məqsəd şəhər məktəbləri üçün müəllim kadrları hazırlamaq idi. İnstitutun nəzdində şəhər məktəbi tipində ikisinifli nümunəvi məktəb də var […]

“Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda seminar keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda çıxış edib. Məruzədə yarı-xətti Şturm-Liuvill məsələsinin osillyasiya xassələri, yarı-xəttiləşən Şturm-Liuvill məsələsinin həllərinin qlobal bifurkasiyası haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər