Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda məruzə edib. Məruzədə sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq 1990-cı ildə yaşananları tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün […]

Unudulmaz görkəmli alim

Düz bir il öncə 19 yanvar 2017-ci il tarixində Azərbaycanın tanınmış riyaziyyatçısı, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev 87 yaşında vəfat etmişdir. Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu […]

“Bir sinif üçüncü tərtib diferensial tənliklərin həlli” mövzusunda seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin müəllimi Miqdad İsmayılov “Bir sinif üçüncü tərtib diferensial tənliklərin həlli” mövzusunda çıxış edib. Məruzədə bir sinif üçüncü tərtib xüsusi törəməli diferensial tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş həllinin varlığı və yeganəliyi haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

17 yanvar tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz, Diferensial tənliklər, Optimallaşdırma və optimal idarəetmə, Riyazi fizika tənlikləri” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Riyaziyyatın müasir problemləri ”, II kurs tələbələri üçün isə “Hesablama üsulların elmi və texniki məsələlərin tətbiqi” fənnindən imtahanlar keçirilib. Keçirilmiş imtahanlar uğurla başa çatıb. © Bütün […]

“Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2018-ci ilin ilk Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında ADİU-nun “Riyaziyyat” kafedrasının professoru Musa Alməmmədov “Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda məruzə edib. Məruzədə bütün oxda dördtərtibli inteqro-differensial operatorun həllərinin asimptotikası, rezolventası və spektri araşdırılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər