15/01/2018
Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir […]
15/01/2018
N.G. Çernişevski adına Saratov Milli Tədqiqat Universitetinin saytında “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans haqqında məlumat verilib: “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu tərəfindən təşkil olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfrans 2017-ci ilin dekabr ayında keçirilib. Forum azərbaycanlı riyaziyyatçı, riyazi analiz və funksiyalar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının […]
15/01/2018
– Məhəmməd Füzulinin təhsil və tərbiyə haqqında fikirləri necə idi? O, əsərlərində təlim-tərbiyə haqqında qiymətli fikirlər irəli sürmüşdü. O, təhsilin əsası kimi savad təliminə ciddi fikir verilməsini tələb edirdi. Hesab edirdi ki, ibtidai təhsil dövründə şagirdlər savadlı yazmağa, yaxşı nitq mədəniyyətinə və “sözü mərifət geyimi ilə təqdim etməyə” alışmalı, müvafiq bacarıq əldə etməlidirlər. Bu keyfiyyətlər […]
14/01/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutu aşağıda qeyd olunan vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Aparıcı elmi işçi -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Şöbə müdiri -1 ştat vahidi “Funksional analiz” şöbəsi üzrə Şöbə müdiri -1 ştat vahidi Aparıcı elmi işçi -1 ştat vahidi “Tətbiqi riyaziyyat” şöbəsi üzrə Şöbə müdiri […]
17.01.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında ADİU-nun “Riyaziyyat” kafedrasının professoru Musa Alməmmədov “ Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda məruzə edəcəkdir. Bütün oxda dördtərtibli inteqro-differensial operatorun həllərinin asimptotikası, rezolventası və spektri araşdırılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
12/01/2018
12 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirdi. Humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edildi, onların görmə itiliyi, göz təzyiqi yoxlanıldı və zəruri müalicə tədbirləri müəyyənləşdirildi. Bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən […]